Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan zabit Fariz Qəhrəmanov 1990-cı il martın 29-da Bərdə rayonunun Xəsili kəndində doğulub. Ali təhsillidir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edib. Bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısıdır. Mən, 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd kimi seçkilərdə iştirak edərkən haqqın yanında duran insan kimi tanımışam Fariz müəllim. Düzdü, az sonra seçkinin nəticələri saxtalaşdırıldı. Ancaq Fariz Qəhrəmanov ürəyimdə vicdanlıq simvolu kimi əbədi qaldı. Prezidentin Sərəncamı ilə o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Sağdır, Bakı şəhərində yaşayır.
2025-2026-cı tədris ilində Fariz müəllimin 2 oğlu ali məktəbə daxil olub: Qəhrəmanlı Abdullah -Ankara Universitetinin Hüquq fakültəsinə, digər oğlu-Qəhrəmanlı Nurullah "Xəzər" Universitetinə Kompüter mühəndisliyi ixtisası üzrə daxil olub.
Fariz müəllimin istəkli anası Tahirə xanım 2025-ci il sentyabrın 17-də vəfat etdi. Bu üzücü xəbər 2 övladı ali məktəbə daxil olan atanın, həmçinin, Fariz müəllimin ömür-gün yoldaşının hədsiz kədərlənmələrinə səbəb oldu.
Dəyərli Fariz müəllim, ananızın vəfatı ilə əlaqədar bir daha Sizə və bütün doğmalara dərin hüznlə başsağlığı verirəm. Fəxr edirəm ki, Sizi tanımşam. Övladlarınız xoşbəxt olsun, qardaşım!
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı şəhəri, 29.09.2025.
0 Yorumlar