Bakı Milli Televiziyasının məlumatına əsasən, “Estádio da Luz” stadionunda reallaşan oyunda Qarabağ klubu Benfika qartalını məğlub edib.
Matç ev sahibinin üstünlüyü ilə başlayıb: 6-cı dəqiqədə E. Barrenechea, 16-cı dəqiqədə V. Pavlidis-in qolları ilə hesab 2-0 olub. Bundan sonra özündə güc toplayan Qarabağ 30-cu dəqiqədə L. Andrade, 48-ci dəqiqədə C. Duran və 86-cı dəqiqədə O. Kashchuk-un qolları ilə hesabı 3-2-yə gətirib və əzmkarlıqla qələbə qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək.
İmza: Səid Bağırzadə
0 Yorumlar