Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Bakmiltv.info xəbər verir ki, tura bu gün iki oyunla start veriləcək.

"Karvan-Yevlax" "İmişli"ni, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, sabah "Qəbələ" - "Kəpəz", "Sabah" - "Turan Tovuz" qarşılaşmaları baş tutacaq. Tura sentyabrın 21-də "Araz-Naxçıvan" - "Qarabağ", "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

19 sentyabr

Misli Premyer Liqası

V tur

Saat 16:00, "Karvan-Yevlax" - "İmişli";

Saat 18:30, "Zirə" - "Şamaxı".