Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib.  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Rizvan Nəbiyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev, professor, əməkdar elm xadimi Şahlar Əsgərov mövzu ətrafında bir-birindən maraqlı çıxış etdilər.  Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırovun da spiker olaraq iştirakı müzakirələri daha da maraqlı etdi. Çıxışlarda Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında nə qədər nəhəng missiya daşıdığına dair dəyərli arqumentlər səsləndi.

Xatırladıram ki, tədbirin moderatoru Dövlət Gömrük Akademiyasının Rektoru, Gömrük General-mayoru Qulu Novruzov idi.


Şamil Sabiroğlu, jurnalist. 

24. 09.2025.