Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. Bir müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Xalq artisti Ələsgər Ələkbərov onu təsadüfən görüb Bakıya Filarmoniyaya dəvət edib.

 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. 

Bu illərdə "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanır.

Rübabə Muradova 28 avqust 1983-cü ildə vəfat edib.