Atam iki müharibə görüb, uzun illər polis orqanlarında çalışıb. Pula, vəzifəyə görə heç kimə əyilməyib. Tutduğumuz yola, birgə addımladığımız insanlara heç bir zaman birinci biz badalaq vurmamışıq. Çünki atamdan götürmüşük bu davranışı. Atam sonuncu dəfə Yevlaxda işləyib.Yevlax camaatı atama "Qara Kapitan" ləqəbi verib (Yevlaxlılar kimə hansı ləqəb qoyduğunu yaxşı bilir).Elə işləyib ki, cavabdeh olduğuğu ərazinin insanlarının, həm də qonşularımızın evinə evinə alın açıqlığı ilə gedirəm. Vallahi də, billahi də sözlə izah edə bilmirəm atamın necə böyük xasiyyətə malik olmağını. Zaman keçdikcə atamın şərəflə çalışmağının necə böyük bir şey olduğunu daha da gözəl anlayıram. Allah cəmi valideynlərin canını sağ eləsin.
0 Yorumlar