1991-ci ilə kimi SSRİ Daxili işlər orqanlarında xüsusi xidmətləri, 1992- 2000-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlibayramı (indiki Şirvan) şəhərində, Ağdam, Füzuli və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrinin həyatında özünəməxsus xidmətləri olmuş, peşəkar və təcrübəli hüquqşünas, Azərbaycan Respublikasının müharibə veteranı olmuş kapitan Nəsirov Nadir Murtuz oğlunun sentyabr ayının 27-də vəfatından bir il ötür.


   Qeyd edək ki, kapitan Nəsirov Nadir Murtuz oğlu 1962 -ci ilin sentyabr ayının 24 - də Azərbaycan Respublikasının Saatlı rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur. 2024-cü ilin sentyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş, 28 sentyabr tarixində isə Saatlı rayonunda dəfin edilmişdur.

  

Bir daha Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi müharibə veteranı olmuş unudulmaz kapitan Nadir Nəsirovun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin! 


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev