Yazar Etibar Həsənzadənin Vətən Uğrunda adlı kitabı Türkiyədəki Könül Elçisi və İmanlı Vatan Evladi Derneği Genel Başkanı Mustafa Nazilli bəy, Genel Başkan yardımçısı Mahmut Mumcu bəy tərəfindən AK Parti İstanbul İl Başkanlığı İl Başkan yardımçısı- Türk devletleri İlişkiler Başkanı Mehmet Şahin bəyə hədiyyə edilmişdir.

Bu barədə öz rəsmi sosial media hesablarinda məlumat verən Yazar Etibar Həsənzadə Mustafa Nazilli bəyə və Başkan yardımçısı Mahmut Mumcu bəyə təşəkkürlərini bildirmişdir.

Qeyd edək ki kitab 44 günlük Qarabağ Zəfərimizdə iştirak edən Daşkəsən rayonunun Şəhidləri və döyüşçülərinin döyüş yollarından bəhs edir kitab Etibar Həsənzadənin Qarabağ Azərbaycandir adlı layihəsi çərçivəsində işıq üzü görüb və layihə çərçivəsində işıq üzü görən ikinci kitabıdır.