Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, xeyirxahlığı,səmimiyyəti, sadəliyi, dəqiqliyi, təmkinliyi,işgüzarlığı, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri secilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor  Məmmədov Şəfi Sabir
 oğlunun avqust ayının 12- də dünyaya göz acdığı gündür.

Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan- istefada olan mayor  Məmmədov   Şəfi  Sabir oğlunu doğum günü  münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,   yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Şəfi müəllim qoy yaşnızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Mayor Məmmədov  Şəfi  Sabir oğlu 1959 – cu ilin  avqust ayının 12-də  Bərdə rayonunun  Umudalılar kəndində  zəhmətkeş bir ailədə anadan olub. 

1976-ci ildə  Bərdə rayonunun Mehtixanlı  kənd orta məktəbi, 1986 -ci ildə  Gəncə Kənd təsərrüfatı  Akademiyasını (indiki  Gəncə Dövlət Aqrar Universitetini)  bitirib.O,DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1977- 1979 -cu illərdə SSRİ  Silahlı Qüvvələrində  müddətli həqi hərbi xidmətdə olub.

1986-1991  və 1999-2015-ci illərdə Kənd  təsərrüfatı sahəsində öz  
  ixtisası üzrə Bərdə rayonda  müvafiq vəzifələrdə işləyib.

1992- 1998-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxil Qoşunların Ağdam, Ağdərə  , Füzuli və Xətai rayonlarında  yerləşən hərbi hissələrində taqım  komandiri, bölük komandiri,taborqərargahının rəisi, tabor  komandiri vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə  Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edib.

Mayor Şəfi  Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və taşırıqların  yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində   və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Öz xidməti  vəzifələrini və hərbi  hissə qarşısında qoyulmuş tapşırıqları yerinə  yetirərkən fərqləndiyinə, eləcə də hərbi  xidmət keçdiyi dövrdə göstərdiyi digər  xidmətlərinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra medallarlarla, əlacı və yubiley döş  nişanları təltif edilib, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və mayor   Məmmədov Səfi Sabir oğluna təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,ŞƏFİ MÜƏLLİM!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN  QORUSUN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə    veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev