Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonunda yerləşən hərbi orkestr xidmətinin həyatında özünəməxsus öz dəst-xətti olmuş, Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş-istefada olan gizir Valeriy Xalidovun avqust ayının 13-də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Valeriy Mahmud oğlu Xalidovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları,iş və tələbə yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Valera qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Xalidov Valeriy Mahmud oğlu 1961-ci ilin avqust ayının 13 -də Bakı şəhərinin Suraxanı rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1976-cı ildə Bakı şəhəri Təhsil İdarəsinin 70 saylı orta məktəbi, 1980-ci ildə isə Asəf Zeynallı adına müsuqi kolleci (texnikumu) bitrib.
1980-1982 - ci illərdə SSRİ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətli həqqi hərbi xidmətdə tağım komandirinin müavinini vəzifəsində) olub.
1982-1992 -ci illərdə öz ixtisası üzrə Üzeyır Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində calışıb.
1993-2013 -cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Orkestr xudmətində müxtəlif vəzifələrdə xidmət edib.
Valeriy Xalidov Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara şəxsi nümünə olmuşdur.
O,qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara və Daxili Qoşunların Hərbi Orkestr xidmətinə həvalə edilmiş, vəzifə və tapşırıqları layıqınca yernə yetirmişdir.
Gizir Valeriy Xəlidov öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və aşağıdakı medallara təltif edilib:
1.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15-təqdim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
4.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008) yubiley medalı ilə.
VALERİY DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və nüharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar