Sərhəd Qoşunlarının qərargah

rəisi, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı, general-mayor Aqşin Məhərrəmovun sabah doğum günüdür (1982). Vətən Müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən oldu. DSX tərəfindən müharibə zamanı bir sıra uğurlu hərbi əməliyyatlar aparıldı. Onlar sırasında 24 saat ərzində 105 Kilometr məsafədə ildırımsürətli hücumla Xudafərin, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsi, həmçinin Ermənistanla sərhəddə "Bartaz" və "Şükürataz" dağları işğaldan azad edildi. DSX-nin hərbi qulluqçuları müharibə ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşanın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda oldu. Bir sıra orden və medallarla təltif edilib.