Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) iştirakı ilə Vətən Müharibəsi şəhidi Mütəllimzadə Ağacavadın mövludu münasibətilə anım tədbiri təşkil olundu. Tədbirdə şəhidin ailə üzvləri, digər şəhid ailələri, məktəb direktorları, kənd icra nümayəndələri, Sabunçu rayon YAP sədr müavini, Maştağa qazısı, müharibə veteranları və AVMVİB Maştağa özəyinin sədri iştirak etdilər.

Tədbir, əvvəlcə şəhidimizin məzarının ziyarəti ilə başladı. Məzar başında dualardan sonra, Ağacavadın ömür yolundan, vətənə olan xidmətindən danışıldı. Daha sonra, iştirakçılar ehsan süfrəsi ətrafında toplaşaraq, Ağacavadın döyüşlərdəki fədakarlığından, vətənpərvərliyindən və bizə miras qoyduğu şərəfli adından bəhs etdilər.

Sonda tədbir iştirakçıları xatirə çəkili çəkdirdilər.

Whats-App-Image-2025-08-15-at-22-58-05

Whats-App-Image-2025-08-15-at-22-58-05-1

Whats-App-Image-2025-08-15-at-22-58-06

Whats-App-Image-2025-08-15-at-22-58-06-1

Whats-App-Image-2025-08-15-at-22-58-06-3