"Fazil məclisə gələndə arxada oturardı. Heç vaxt özü haqqında danışmazdı. Piano arxasına keçib qədim musiqilərimizi ifa etməsini görərdiniz! Onda gözəl kompozisiya duyumu vardı. "Nəsimi" filminin Naxçıvanda, Əlincədə çəkilişləri gedirdi. Təsəvvür edin: isti hava, ağır geyimlər, çətin şərait... Fazil bütün bunlara baxmayaraq əhvalını pozmurdu. Yanında gəzdirdiyi dəftərdə gördüyü şeylərin cizgilərini çəkirdi. Hamıya da "canik" deyirdi. Bir gün mənə yaxınlaşdı: "Sən dərviş geyimində, qayanın dibində oturmuşdun. Axşam qürub çağı idi. Əlincə qalasının fonunda sənin cizgilərini çəkdim", - dedi. Onun işinə heyran oldum. Möhtəşəm rəsm alınmışdı. Mən o günə qədər Fazilin rəssam olduğunu bilmirdim. Həmin bloknotu mənə bağışladı", - Əbdül Mahmudov.
0 Yorumlar