Bildiyimiz kimi İmişli royonu coğrafi baxımdan Aran rayonudur.Aran rayonları da ölkəmizin ən isti əraziləri sayılır.Buna görədə QTA-i İmişli royon şöbəsinin əməkdaşları işini günün təlləbinə uyğun qurmalı, insanları sağlam qida ilə təminatına nəzarət etməlidir.Bəs QTA-nin İmişli royon şöbəsi niyə işini günün tələbinə uyğun qura bilmir? Gördüyünüz bu şəkili İmişli şəhər, Şəhid Nəcməddin Savalanov küçəsində yerləşən "AİLƏVİ MARKET"mağazasının önündən lentə almışıq.Göründüyü kimi mağazanın önünə yığılan rəngli sərinləşdirici içkilər insanların sərinləmələri üçün satılması nəzərdə tutulan sulardır.Havaların isti keçməsinə baxmayaraq sular hər gün mağazanın önündə günəşin altında saxlanılır. Günəş şüarına həssas olan belə suların insan orqanizmi üçün hər hansı bir təhlükə yaratmayacağına, hər hansı bir xoşa gəlməz hal yaratmayacağına kim zəmanət verə bilər? Bəs həmin sular insan sağlamlığı üçün təhlükəlidirsə QTA-nin İmişli royon şöbəsinin əməkdaşları niyə qabaqlayıcı tədbir görmürlər? Bəlkə mağazanın sahibi onları bu acı mənzərəni görməməyə vadar edib.
Mövzunun aktuallığını nəzərə alıb məsələni diqqətimizdə saxlayacağıq.
0 Yorumlar