Azərbaycanın köklü klublarından olan “Neftçi” FK 2025/2026 mövsümündə də qələbə həsrətindədir.
Keçən mövsümü uğursuz nəticələrlə başa vuran “ağ-qaralar” yeni mövsümdə də istədiyi oyununu tapa bilmir. 16 avqust 2025-ci ildə keçirilən “Neftçi” – “Şamaxı” görüşü, eləcə də 22 avqustdakı “İmişli” – “Neftçi” qarşılaşması heç-heçə ilə nəticələnib. 29 avqustda baş tutan “Neftçi” – “Turan Tovuz” oyununda isə qonaqlar minimal hesabla (1:0) qalib gəlib.
Beləliklə, “Neftçi” cari mövsümdə hələ də qələbə qazana bilməyib. Klubun azarkeşləri və fan qrupları arasında isə həm baş məşqçi Samir Abbasova, həm də rəhbərliyə qarşı narazılıqlar günbəgün artır.
İmza: Səid Bağırzadə
0 Yorumlar