Azərbaycan Premyer Liqasının 2025-2026-cı il mövsümündə 16 avqustda keçirilən ikinci oyun çərçivəsində “Neftçi” FK evində “Şamaxı”nı qonaq etdi. Görüş 1:1 hesablı bərabərliklə başa çatdı.


Pərdə 23-cü dəqiqədə qonaqların futbolçusu K. Rossinin vurduğu qolla açıldı. Buna cavab isə 45+2-ci dəqiqədə Emin Mahmudovun penaltidən vurduğu qolla gəldi.


Qeyd edək ki, günün ilk oyununda “İmişli” və “Turan Tovuz” qarşılaşmışdı və “Turan Tovuz” 1:0 hesabı ilə qələbə qazanmışdı. Ötən gün isə “Karvan” və “Qəbələ” klubları 1:1 hesablı bərabərliklə kifayətlənmişdi.