Bakı Milli Televiziyasının xəbərinə əsasən, 30 avqust 2025 tarixində Fənərbaxçada daha bir baş məşqçinin vəzifəsinə son verildi.
Klubun rəsmi hesablarından edilən açıqlamada baş məşqçi José Mourinho ilə yolların ayrıldığı bildirildi. Qeyd edək ki, adıçəkilən məşqçi 1-0 məğlub olduqları Benfika oyunu ərəfəsində klub rəhbərliyini tənqid etmişdi. Bununla yanaşı, alınan pis nəticələrin də ayrılıqda payı olduğu vurğulanır.
Mourinho 2024-cü ildə Fənərbaxçaya imza atmışdı və həmin mövsümü Qalatasarayın 11 xal arxasında ikinci olaraq tamamlamışdı.
Sarı-lacivərdli Klub ilə “Roger Schmidt”, “Sergio Conceição”və “İsmail Kartal”ın adı hallanır.
İmza:Səid Bağırzadə
0 Yorumlar