Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olaraq, "Milli baş geyimi və örtükləri" adlı layihənin icrasına başlamışdır.
 Layihənin icrası ilk olaraq Bakıda, Xətai Sənət Mərkəzində,, sonra Salyan Rayon Mərkəzi Kitabxanasında, Hacıqabul Mədəniyyət Evində keçirildi. 
   11 avqust 2025- ci il, 11:00- da Saatlı Gənclər Mərkəzində keçiriləcək. Layihəni davamı final olaraq Kürdəmirdə icra olunacaq.

Layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəltməyi hədəfləyir.

Layihə çərçivəsində konsert tədbirləri təşkil olunur,  konsert zamanı isə Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi tamaşaçılara təqdim edilir. Bu sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Bütün tədbirlər media və sosial media üzərindən işıqlandırılır, beləliklə də layihənin məqsədləri geniş ictimaiyyətə çatdırılır.

Layihənin icra müddəti 3 ay (01.06.2025 – 31.08.2025) davam edəcəkdir.