Bu gün görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadənin doğum günüdür (14.08.1923, Bakı – 19.01.2006, Bakı).
Akademik Kamal Talıbzadə rəhmətlik atam İmran Abbasovun dissertasiya işinin ("Zeynal Xəlilin poeziyası" [Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya] - Bakı, 1975) elmi rəhbəri olub.
Sayğılarla yad edirəm. Ruhu şad, məkanı cənnət olsun!
0 Yorumlar