Müdafiə Nazirliyin  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı,humanistliyi,   işgüzarlığı, xeyirxahlığı, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti, səmərəli  fəaliyyəti, təvazökarlığı, vətənpərvərliyi , yurdsevərliyi, iradı  və mənəvi keyfiyyətləri     ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün  25 ildən çox şərəfli  xidmət yolunu SSRİ və Azərbaycan     Müdafiə Nazirliyinin  müvafiq strukturlarında  keçirmiş, təcrübəli  hərbçi,  Azərbaycan  Respublikasının Müdafiə Nazirinin sabiq müavini olmuş, dəyərli  el oğlumuz polkovnik           Səlimov Mehman            Əmirxan  oğlu əgər  yasaydı avqust  ayının 12 -də  70 yaşı  olacaqdı. 
Qeyd edək ki, polkovnik Mehman  Səlimov  2023 -cü ilin  dekabr ayının  19- da  Gəncə şəhərində Mərkəzi  Klinikada   ağır  pnevmoniya, ürək çatışmazlığıdan    68 yaşında  vəfat edib. 
     
 Polkovnik Mehman Əmirxan oğlu Səlimov            1955-ci il avqust ayının  12-də Borcalımızın  qədim və gözəl Başkeçid elində, indiki Gürcüstan Respubilkasının Dümanis rayonun Qızıl -Kilsə   kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.
 
1973  -ci   ildə Dumanis rayonundakı 1  nömrəli orta   məktəbi,1978-  ci ildə Donetsk Ali                              Hərbi Siyasi məktəbi, 1987-ci ildə ildə  isə V.Lenin adına  SSRİ  Hərbi-   Siyasi akademiyanı bitirmişdir. 
 
Polkovnik Mehman Səlimov  Sovet və Azərbaycan     ordularında  xidmət etdiyi illər ərzində Vətənimizdə, xarici ölkələrdə        müvafiq ixtisas artırılma kurslarında,   Müdafiə Nazirliyində    və hərbi hissələrində    keçirilən bir      çox     təlim-  metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
 
 Polkovnik      Mehman Səlimov   1984-1991 -ci illərdə  SSRİ Müdafiə  Nazirliyinin Kiyev Hərbi Dairəsində, Zaqafqaziya Hərbi Dairəsinin Leninakan, Bakı və Gəncə şəhərl ərində  yerləşən hərbi hissə və diviziyaların  birində    böluk, tabor, və alay   komandirinin siyasi məsələlər üzrə müavini, diviziya     komandirinin    müavini-siyasu şöbənin   rəisi vəzifələrində xidmətini  davam etdirmişdir.
   
Mehman       Səlimov 1991-ci illin  yayından başlayaraq       gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu  quru-culuğuna, Midafiə Na-zirliyi strukturnun fo-rmalaşmasına  dəstək verməyə başlamışdır.
1992-ci ildə könüllü olaraq    Azərbaycan  Silahlı Qüvvələrinə    daxil olmuşdur.
1992-1999-cu illərdə hərbi hissə komandi rinin şəxsi heyətlə iş üzrə  müavini, Müdafiə        Nazirinin köməkçisi    -     şəxsi     heyətlə iş  üzrə     idarənin rəsi, Müdafiə Nazirliyinin      şəxsi     heyətlə iş üzrə idarəsinin rəis müavini,  Müdafiə nazirinin müavini- hərbi siyasi  idarənin rəisi,Azərbaycan Prezidenti  Aparatında  hərbi quluqçuların məsələləri        üzrə şöbə müdürünün müavini            vəzifələrində Millətə,dövlətə, vətənə və xalqa     səd aqətlə   xidmət etmişdir. 

Azərbaycanın ərazi bütövlüyu uğrunda  (Kəlbəcər, Ağdərə, Tərtər və Füzuli         rayonları  istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edərək  ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranı idi.

1999-cu ilin iyul ayında Müdafiə Nazirinin müavini-hərbi siyasi  idarə rəisi     ştatının ixtisarı ilə əlaqədar M.Səlimov Azərbaycan ordusundan     təxris olduqdan sonra, bir müddət  “Az-Media” analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır. 

Hərbi xidməti vəzifənlə borclarının       icrası zam anı   yüksək      mənəvi döyüş      keyfiyyətləri göstərdiyinə,      döyüş       və    ictimai-      siyasi hazırlığında, hərbi intizamın möhkəmlən dirilməsində yüksək göstəricilərə nail old uğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Müdaf iə   Nazirlərinin, Hərbi Dairə,     Diviziya    və hərbi  hissə komandirlərinin, Ali hərbi məktəb və Hərbi akademi ya  rəislərinin müvafiq əmrlərinə əsasən  döyüş və ictimai siyası hazırlıq  üzrə   əlacı,  yubiley     və müvafiq idman dərəcəsi    döş  nişanları  ilə      təltif olunmuşdur,   bir   çox  fərmanlarla, (pul mükafatı ilə) qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir.
 
Öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, respublikada əmin -amanlığın təmin edilməsində,asayişin qorunmasında,dövlətin ərazi bütövlüyünün təmin edilməsində şücaət, fədakarlıq  və hərbi xidmət  keçdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə  aşağıdakı  orden və medallarla  təltif olunmuşdur:

1.Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni ilə;

2.3- cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə;

3.“Qüsursuz xudmətə görə” 1-ci     dərəcəli medal ilə-Silahlı Qüvvələ rdə  20        təqvim ili xidmətə görə;

4.“Qüsursuz xidmə görə” 2-ci  dərəcəli medal ilə -   Silahlı Qüv vələrdə 15 təqvim ili xidmətə görə;

5.“Qüsursuz xidmətə görə” 3-cü     dərəcəli  medal ilə-  Silahlı Qüvvə lərdə  10    təqvim ili xidmətə görə;

6.“SSRİ   Silahlı          Qüvvələrinin  60 -iliyi (1918-1978)”  yubiley medalı ilə;

7.“SSRİ Silahlı     Qüvvlərinin 70 -iliyi (1918-1988)”yubiley    medalı ilə;

8.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə.
 
Polkovnik  Mehman Səlimovun  əziz xatirəsi  daimi və əbədi olaraq hamızın qəlbində yaşayacaq.

Allah rəhmət eləsin, Ruhu həmişə şad, Məkanı cənnət olsun. Amin !
 
Azərbaycan Respubilkasının         Silahlı qüvvələri veteranı          və  müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik       Salman Musayev