Rejissor Əsgər Əsgərov: Həsənağa teatrın rəhbəri olanda tələbələrini işə götürürdü ki, maddi vəziyyətləri yaxşılaşsın. O, institutda müəllim işləyəndə bircə dəfə də maaş almadı. Maaşını mənə verib deyirdi: “Apar bunu tələbələrə payla. Ehtiyacı olan tələbəyə bir az çox pul ver. Tələbələr arasında “Turabovun stipendiyası” sözü yaranmışdı. Onun maaşının bölüşdürülməsi yubananda tələbələr narahat olardılar ki, pul niyə gecikir?. Həsənağa çəkildiyi bütün filmlərində rolu oynayanda ölüb sonra yıxılırdı. Həyatda da ayaq üstə öldü”.
Xalq artistimiz Sabir Məmmədov: Həsənağa Turabov tələbələrinə “kitabları çox oxuyun, intellektual olun”, - deyərdi. O, öz maaşından bizə pul verirdi ki, gedib at sürməyi öyrənək. Bu, “Atları yəhərləyin” filmində bizə çox kömək etdi”.
Oğlu Yalçın Turabov: “Atam kinoda, teatrda sərt, ailədə isə mülayim insan idi. Evdən səhər çıxırdı, gecə saat 11-də gəlirdi. O, işlərinin çoxluğu səbəbindən bizi gəzməyə apara bilmirdi. Buna görə də bacımla məni çəkilişlərə aparardı. Filmlərdəki Gəray bəy, Qaçaq Nəbi obrazarı onun daxili aləmi idi. O, həyatda da həmin rollardakı kimi mərd idi. Çəkilişlər qurtarandan sonra gedib gənc aktyorlara ev verilməsini xahiş edir, onların problemi ilə maraqlanırdı.
Nəcibə Hüseynova: “Həsənağa Turabov həm də gözəl rejissor idi. Gələn kimi tapşırırdı: “Aktrisanı çox gözlətməyin. Nə vaxt çəkiləcəksə yarım saat əvvəl qrimləyin”. Aktrisalar soyuq havada filmə çəkiləndə tapşırırdı ki, aparın isti yerə, isti çay verin”.
Şahmat oynamağı çox sevərdi.
0 Yorumlar