Vətən müharibəsi dövründə Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin noyabrın 5-i Şuşa istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Ailənin yeganə oğlu olan Fərid şəhid olanda 9 aylıq oğlu Murad və ölümündən sonra dünyaya gəlmiş qızı Fəridə Vətənə yadigar qalıb..
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Fərid Pirəli oğlu Əliyev "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Şəhidlərimizin ruhları qarşısında qürurla baş əyirik!
0 Yorumlar