Rasim Şəmistan oğlu Ələkbərov 1966-cı ilin avqust ayının 12-də Tovuzda anadan olub. 1983-cü ildə Tovuz şəhər 2 nömrəli orta məktəbini bitirib Elə həmin il İqtisad universitetinə qəbul olub. Axşam şöbəsində təhsil alan R.Ələkbərov Buzovnada yerləşən Cihazqayırma zavodunda çalışıb. Bir futbolçu kimi, Buzovnanın “Gənclik” komandasının hücumçusu idi. 

1988-ci ildə Qarabağda hadisələr başlayanda könüllü olaraq döyüşlərə yollandı 1991-ci ilin ortalarında qızğın döyüşlərdə iştirak edən Rasim Ələbərov dekabr ayının 28-də Kərkicahan uğrunda gedən döyüşllərdə itkin düşüb. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 30.05.1995-ci ildə 132 saylı Əmri ilə Rasim Ələkbərova “Şəhid” statusu verilib. Çalışdığı Cihazqayırma zavodunun önündə onun şərəfinə barelyef ucalmaqdadır.

Şəhid Fariz Ələkbərovun qardaşıdır. Rasim Ələkbərov Qarabağ uğrunda gedən döyüşlərdə, Fariz Ələkbərov isə Tovuzda gedən döyüşlərdə Tovuzun ilk şəhidi olub.

P.S. Ən sevimli dostum olub.Hər zaman Tovuza gələndə görüşər, bir yerdə olardıq. Bakıya gedəndə də yola salardım. Sözümüz, sirrimiz bir idi. İstər hərbi xidmətdə olanda, istərsə də Bakıda oxuyanda daim məktublaşardıq. 1996-c; ildə M.Ələkbərov adına məktəbdə Rasim Ələkbərovun xatirəsinə 26 komandanın iştirakı ilə böyük futbol turniri keçirmişəm. 

Ən sevdiyi şair Həsən Mülkülü, Bəhmən Vətənoğlu, sevdiyi aktyor şahmar Ələkbərov, sevdiyi aşıq Ədalət Nəsibov idi.