Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb.
Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb. Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (Anjel) teletamaşasında oynayıb.
24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2] və 6 may 2016-cı ildə[3] Prezident Mükafatına layiq görülüb.
SSRİ xalq artisti müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.
0 Yorumlar