Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst xətti və xüsusi xidmətləri olmuş, peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,işgüzarlığı, xeyirxahlığı, səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş,”Vətən müharibəsi iştirakçısı” polkovnik Bəylərov Şahin Yahya oğlunun iyun ayının 9-da vəfatından bir il ötür.Qeyd edək ki, polkovnik Şahin Bəylərov 9 iyun 2024- cü il tarixdə Bakl şəhərində qəflətən ürək tutmasından vəfat edib,10 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dəfn olunub.
Polkovnik Bəylərov Şahin Yahya oğlu 24 iyun 1977-ci ildə Naxcıvan Muxtar Respubilkasının Şahbuz rayonunun Qızıl Qışlaq kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Şahin Yahya oğlu Bəylərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar zabit kimi üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.
Ş.Bəylərov 2000-ci ildən etibarən DİN-in Daxili Qoşunlarının Naxcvan şəhərində yerləşən əlahiddə hərbi hissədə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri,hərbi hissənin tərbiyə bölməsinin rəisi-baş təlimatcı, hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə idarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi vəzifələrində Millətə,vətənə,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Öz xidməti vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib,bir çox fəxri fərmanlarla, diplomlarla qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1.“Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;
6. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrininn 100 iliyyi (1918-2018)” yubiley medalı ilə;
7.”Hərbi xidmətdə fəriqlənməyə görə 3 -cü dərəcəli medal ilə;
Azərbaycan Respubilkasının işğal edilmiş ərazilərinin azad olması ücün 44 günlük Vətən Müharibəsi döyuş əməliyyatlarında fəal iştirak etdiyinə görə polkovnik Şahin Yahya oğlu Bəylərov “Vətən Müharibəsi İştirakcısı” medalı ilə təltif olunmuşdur.
Azərbaycan dövlətçiliyinin qorunmasında,ictimai təhlükəsizliyin təmin edilməsində,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlığ göstərdiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 2012-ci il tarixli sərancamına əsasən polkovnik Bəylərov Şahin Yahya oğlu “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdir.
Heyf ki, biz 2024-cü ilin iyun ayının 9-da Şahin Bəylərovu itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder