Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş,yüksək peşəkarlığı,işgüzarlığı, insanpərvərliyi, qayğıkeşliyi, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, istefada olan Kapitan Məmmədov Həsən Yahya oğlunun
iyun ayının 1-də doğum günüdür.
Daha doğrusu 60 illik yubiley günüdür.
Kapitan Məmmədov Həsən Yahya oğlu 1965-ci ilin iyun ayının 1-də Azərbaycan Respublikasının Zakatala rayonun Faldarlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982-cu ildə Zakatala rayonun Faldarlı kənd orta məktəbi,1985-ci ildə SSRİ Silahlı Qüvvələrinin gizirlər məktəbini,1991-ci ildə Turkimanıstan Dövlət Bədən tərbiyəsi və idman inustutunu, 1999-cu ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının zabitlərin ixtisasartırma kursunu bitrib.
1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1985-1993-cü illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniya Federativ Respublikasında və Türkmənistan Respublikasında yerləşən hərbi hissələrinin birində müxtəlif vəzifələrdə çalışıb.
1994-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqatala və Xətai rayonlarında yerləşən hərbi hissələrində xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Həsən Məmmədov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir.
Məmmədov Həsən Yahya oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medall ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
4.“SSRİ Silahlı Qüvvələrinin 70- illiyi (1918-1988)” yubiley medalı ilə;
5. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə.
Məmmədov Həsən Yahya oğlunun iyun ayının 1-də anadan olması günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri , Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayır!
60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN HƏSƏN!
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar