Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olub.
Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbində oxuyub. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. Daha sonra Baxışova tibbi kurs keçib, Beyləqandakı Hərbi hissədə işə başlayıb.
27 sentyabr – Vətən müharibəsinin başladığı gün o, könüllü cəbhəyə yollanıb.
Arəstə Baxışova oktyabrın 23-də əsgərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. O, Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn edilib.
Arəstə ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Onun həyatında baş vermiş mühüm hadisələr barəsində məqaləmizdə tanış ola bilərsiniz.
Hiç yorum yok:
Yorum Gönder