Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətrini el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu keçmiş insanların sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış peşəkar, dürüst, vətənpərvər, daimi hərbi qulluqçuların yaddaşnda qalan peşəkar, təcürbəli həkim, gözəl insan istefada olan tibb xidməti mayoru İmzadə İmanovun aprel ayının 24-də dünyaya göz acdığı gündür.
Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan- istefada olan tibb xidməti mayoru İmzadə İmanovi bu əlamətdətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, həkim və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib, deyirlər İmzadə həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.Sevdiklərinizlə,ailənizlə gözəl günlər kecirəcəyniz illərin və günllərin sayı çox olsun.
Tibb xidməti mayoru İmanov İmzadə Əlizadə oğlu 1969-cu ilin aprel ayının 24 -də Ağsu rayonun Padarcöl kəndində zəhmətkeş ailədə anadan olub.
İmzadə həkim 1986- cu ildə Ağsu rayonun Padaçöl kənd orta məktəbi, 1996- ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitrib. 1996-1997-ci illərdə Bakı şəhər mərkəzi xəstəxanaların birində internatura keçib.
O, 1985-1986- cı illərdə Sovet Ordusunun Moskva şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1998- 2017-ci İllərdə tibb xidməti mayoru İmzadə İmanov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən hərbi hissədə, təlim -tədris mərkəzində ,orta ixtisas və ali hərbi məktəbdə həkim- terapevt, məntəqə rəisi və tibb xidmət rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.Hal hazırda İmzadə həkim Bakı Mərdakən qəsəbəsi Xəzər rayon təcili yardım stansiyasında həkim vəzifəsində işləyir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində, hərbi hospitalında və hərbi hissələrində keçirilən bir cox təlim- metodik toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə, semnarlarda, konfranslarda işyirak edib,İmzadə dəfələrlə Dövlət Həkimlərin Təhkimləşdirmə İnstitunda müvafiq ixtisas artırma kurslarında olub.
Mayor İmzadə İmanovu hərbi və həkim yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
İmzadə həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində bir cox hərbi qulluqçulara, həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı içən İmzadə həkim o, anda sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli xidmət yolunun 20 ildən çoxunu Daxili Qoşunlarda keçirmiş və hal -hazırda təqaüddə olan İmzadə İmsnovun Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Səmərəli fəaliyyətinə görə İmzadə İmanov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta və ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub , bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb , ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 -2008)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN DƏYƏRLİ HƏKİM !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder