Təbrik: Polkovnik leytenat Vasif Hacıyev- 48



 Yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, humanistliyi, dəqiqliyi, xeyirxahlığı,  təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün  5 (beş) ildən çox şərəfli xidmət yolunu   Daxılı İşlər Nazirliyinin  Daxili Qoşunlarında, 24  ilini isə FHN-nin sıralarında xidmət edən polkovnik-leytenant Hacıyev Vasif Lətif oğlunun aprel ayının 23-də dünyaya göz acdığı gündür.

   Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ,Vasif müəllimi belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları,  iş yoldaşları və onun pərəstişkarları səmimi  qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,       Vasif  Lətif oğlu Hacıyev qoy yaşının üstə gələn bu yaş sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Hacıyev Vasif Lətif oğlu 1977 - ci ilın  aprel ayının 23-də Gürcüstan Respublikasının Bolnis rayonunda  ziyalı  ailəsində  anadan olub.

1983-cü ildə Bolnis rayonunda 1-ci sinif rus məktəbinə gedib. 1989-cu ildə 5-ci sinifi bitirib. Orta təhsilin davamını  Bakı şəhərində yerləşən Nizami rayonunda 32 nömrəli Məzahir Rüstəmov adına məktəbdə davam etdirib və həmin məktəbi 1994-cü ildə 11-ci sinifi bitirib.

 1995 – 1996 -ci ildə Daxili Qoşunların Baş İdarəsinin   Xəzər və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində  müddətli həqiqi  hərbi xidmətdə olub.

 1997-  1998 -ci illərdə  Din-in Daxili Qoşunların  Nərimanov rayonunda yerləşən hərbi hissələrdə topoqrafiya xəritələr anbarının rəisi,  Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində  hauptvaxt  rəsinin köməkçisi vəzifələrində Millətə, dövlətə, vətənə və  alqa sədaqətlə   xidmət edib.

1998-ci ildə Nərimanov rayonunda yerləşən Bakı yanğın texniki məktəbə daxil olmuşdur.2000-ci ildə Daxili işlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəszilik İdarəsinin sərəncamına keçirilib sonra təhsilinin davamını Ukrayna Respublikasının Fövqəladə Hallar Nazirliyin  Akademiyasında davam etirmiş və  həmin Akademiyanı bitirmişdir.  Hal-hazırda FHN-nin sıralarında böyük inspektor vəzifəsində daxili xidmət polkovnik-leytenant rütbəsində  xidmət edir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin olunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında  və zərərsizləşdirilməsində,  fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin,yanğınların, bədbəxt hadisələrin  nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

Vasif Hacıyev DİN-in  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Öz xidməti  vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Fövqəladə Hallar Nazirinin və onun müavinlərinin Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Baş Dövlət Yanğından Mühafizə Xidmət rəisinin,  hərbi hissə komandirinin, Məktəb və Akademiya  rəislərinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif olunub:

1.“Qüsursuz xidmətə  görə”  1-ci, 2-ci və 3-cü  dərəcəli medallarla  təltif olunub;

2.“Fövqəladə Halar Nazirliyin yaranmasının”  yubiley medalları ilə   təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VASİF!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri Və  müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages