Laçın rayonunun yetirməsi, uzun müddətdir Ukraynada yaşayan və fəaliyyət göstərən İctimai xadim Eldar Tağıyevin doğum günü, 70 illik yubileyidir. Eldar müəllim tarixçidir. O, 1955-ci il aprelin 19-da doğulub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. E. Tağıyev Ukraynada Azərbaycan diasporunun yaradılmasında müstəsna xidməti olan insanlardandır. Ailəlidir, 3 övlad atasıdır.
Əziz İnsan-dəyərli Eldar Tağıyev, dostlar adından Sizi 70 illik yubileyinizlə əlaqədar təbrik edir, can sağlığı və Qafqaz uzunömürlülüyü arzulayıram.
Xatırladıram ki, məhz Eldar Tağıyevin təşəbbüsü və maliyyə dəstəyilə simvolik "Laçın" döş nişanı təsis olunub.Döş nişanı bəzi işgüzar insanlara, həmçinin, diaspor fəallarına təqdim olunub.
Şamil Sabiroğlu, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder