Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi.
1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Həyatı - Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Beş qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır. Atası Qubadlıdan, anası isə Şuşadandır.
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi.Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu - AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.
Hiç yorum yok:
Yorum Gönder