Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974-1979), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şuranın, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt” studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir. “Üçatılan”, “Tilsimli dairə”, “Təpəgöz”, “Mürşüd kişi niyə susur?”, “İstək” və s. dram əsərləri Respublika teatrlarında tamaşaya qoyulub. “Ağ yuxu” hekayələr toplusu (1985), “Kölgəsiz adam” hekayə və povestlər kitabı (1998), “Rasim Balayev” (1999), “İşartı” (2019) kitabları nəşr olunub.
Ssenarist Eldəniz Quliyev aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.
Ssenarist Eldəniz Quliyev rejissor Nəcəf Quliyevin atasıdır.
Filmoqrafiya:
De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Belə bir kənd var (1981, sənədli film) – ssenari müəllifi
Azərbaycan kauçuku (II) (1983, sənədli film) – redaktor
Cırtdan-pəhləvan haqqında - II film (1983, animasiya filmi) – ssenari müəllifi
Köç (1983, sənədli film) – redaktor
Sehrli ləçək (1983, animasiya filmi) – ssenari müəllifi
Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – ssenari müəllifi
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (Mirzə)
Bircəciyim(1986, tammetrajlı bədii film) – redaktor
Afroditanın qolları (1987, qısametrajlı bədii film) – redaktor
Düşüncə (1987, animasiya filmi) – redaktor
Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – ssenari müəllifi
Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – redaktor
Ata (1988, sənədli film) – redaktor
Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
Kölgədə 40 dərəcə isti (1988, tammetrajlı bədii film) – ssenari müəllifi
Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – redaktor
Dəvətnamə (1989, qısametrajlı bədii film) – redaktor
Həmyerli (1989, qısametrajlı bədii film) – redaktor
Hücum (1989, qısametrajlı bədii film) – redaktor
Son tamaşa (1989, sənədli film) – redaktor
Bəxtəvər (1990, qısametrajlı bədii film) – redaktor
Güzgü (1990, qısametrajlı bədii film) – redaktor
Qara qızılın qara üzü (1990, sənədli film) – ssenari müəllifi
“Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – redaktor
Abşeronda subtropik bitkilər (1991, sənədli film) – ssenari müəllifi
Bizim Nəsibə xanım... (1991, sənədli film) – redaktor
Haqqın dərgahı (1991, sənədli film) – redaktor
Qisas (1991, qısametrajlı bədii film) – redaktor
777 №-li iş (1992, tammetrajlı bədii film) - ssenari müəllifi
Lal (1992, qısametrajlı bədii film) – ssenari müəllifi
Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – redaktor
Haray (II) (1993, tammetrajlı bədii film) – ssenari müəllifi
Qoca əsgər(1993, sənədli film) – ssenari müəllifi
Qaçqınlar (1994, sənədli film) – redaktor
Parlament (1996, sənədli film) – ssenari müəllifi
Hiç yorum yok:
Yorum Gönder