Təbrik: Polkovnik Qabil Zamanov-63




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, A.N. Heydərov adına Sıravi və Kicik Rəis heyəti hazırlayan məktəbin və Polis Akademiyasının həyatında öz dəst - xətti  və xüsusi xidmətləri  olan,yüksək  peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı, səmərəli fəaliyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən -istefada olan polis polkovniki  Zamanov Qabil Kamil  oğlunun  fevral ayının 24- də 63 yaşı tamam olur.

Qabil Kamil oğlu Zamanov 1962 -ci ilin fevral ayının 24-də Naxçıvan Muxtar Respubilkasının Babək rayonunda  zəhmətkeş bir ailədə anadan olub.O,SSRİ Silahlı Qüvvələrin  Lvov Ali Hərbi Məktəbini və Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib. 


Qabil Zananov SSRİ Lvov Ali Hərbi Məktıbi bitirdikdən sonra, 1991-ci illin dekabr ayının sona kimi,  SSRİ Silahlı Qüvvələrində  müxtəlif vəzifələrdə xidmət edib.  1992 -ci ildən etibarən  uzun müddət  Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının  Binəqədi rayonunda və Şirvan şəhərində  yerləşən hərbi hissələrində  alay komandirinin şəxsi heyətlə iş üzrə müavini,ilk yaranmış tədris alayın komandiri,Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisin  birinci müavini və  Qərargah rəisi əvəzi,  DİN-in A.H.adına  Sıravi  və Kicik Rəis heyəti Hazırlayan məktəbdə və  Polis Akademiyasında isə rəis müavini vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan  Respubilkasının Müharibə veteranı- istefada olan polis polkovniki Zananov Qabil Kamil oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının   ehtiyatda və istefada olan zabitləri, kollektivi , onun doğmaları, yaxınları,  iş  və doyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Qabil müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.


Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabit, qayğıkeş və xeyirxah insan kimi  göstərən polkovnik Zamanov Qabil Kamil oğlu  Daxili İşlər Nazirliyin müvafuq strukturlarında rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın), hərbi, daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyin isə post patrul xudməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

        Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyi Daxili Qoşunlarına, A.N. Heydarov adına  Sıravi və  Kicik  Rəis Heyəti Hazırlayan Məktəbə, Polis Akademiyasına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zqəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə  fövqəladə    vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində,   dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


Hərbi və polis yoldaşları Qabil Zamanovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.Qabil müəllim istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.


Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi və polis intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət etdiyi dövrlərdə digər xudmətlərinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın,Ali hərbi məktəb rəisinin,Hərbi hissə komandirinin, Polis  Akademiya  rəisinin və Din-in Siravi- Kicik  Rəis Heyəti  Hazırlayan   Məktəb rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla,fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 

İctimai asayişin tımin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,hüquq qaydasının möhkəmləndirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində, xidməti və öz  vəzifələrininn yerinə yetirilməsində polkovnik Qabil Zamanov xüsusi  fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1."İgidliyə görə" medalı ilə;


2.”SSRİ   Silahlı Qüvvələrinin   70 illiyi ( 1918 - 1988)” yubiley  medalı ilə;


3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4."Qüsursuz xidmətə görə” 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 5."Azərbarbaycan Polisində Qüsursuz  xidmətə görə” medallar ilə.


 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


63 YAŞIN MÜBARƏK OLSUN  QABİL MÜƏLIİM!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!


Dərin hörmətlə və və ehtiramla, Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages