Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəsti- xətti olan, yüksək hərbi peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi,zəhmətkeşliyi, insanpərvərliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik- Mürsəlov Sahib Təmraz oğlunun yanvar ayının 12-də dünyaya göz acdığı gündür.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan -ehtiyatda olan polkovnik- leytenant Sahib Mürsəlovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Sahib hər yeni yaşın sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq dahada xoşbəxt etsin.
Polkovnik- leytenant Mürsəlov Sahib Təmraz oğlu yanvar ayının 12- də zəhmətkeş bir ailədə anadan olub.
1995- ci ildə orta məktəbi, 2001- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini ( əla qiymətlərlə), 2002-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu (əla qiymətlərlə), 2018- ci ildə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasnı bitirib. Sahib hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
1996 -1997-ci illərdə Azərbaycan ordusunda müddətli həqiqi hərbi xidmətdə əsgər, manqa komandiri vəzifəsində olub.
1997-2001-ci illərdə Bakı Ümümqoşun Komandirlər Məktəbində ali təhsil alıb.
2001- 2018 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Xətai və Zakatala rayonlarında, Sumqayıt şəhərində yerləşən hərbi hissələrində xüsusi təyinatlı qrup (taqım) Komandiri, xüsusi təyinatlı (böluk) dəstə komandiri, tabor komandiri tabor qərargahının rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavinini- qərargah rəisi vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, daxili qoşunların döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara daima
nümunə olmuşdur.
Sahib Mürsəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, Ölkəmizdə və Türkiyə Jandarma Qüvvələrində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə müvafiq ixtisas artırma kurslarında, taktiki -xüsusi təlimlərdə, nümunəvi göstərici göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində, bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Polkovnik-leytenant Sahib Mürsəlov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlət əhmiyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat anbarların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasıda və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar və fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, idman sahəsində, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Müdafiə Nazirliyinin Ali hərbi məktəb rəisinin, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin akademiya rəisinin, Türkiyə Jandarma Qüvvələrinin məktəb rəislərinin, Daxili Qoşunların hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində,ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
3.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918- 2008)” yubley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;
5.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar olaraq,qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik- leytenant Mürsəlov Sahib Təmraz oğlu Azərbaycan Respublikası Prezidentinin 12 mart 2013-cü tarixli sərəncamına əsasə “Hərbi xidmətlərə görə” medal ilə təltif olunub.
Hərbi yoldaşları Sahib Mürsəlovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SAHİB!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranl polkovnik Salman Musayev
0 Yorumlar