Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, humanistliyi,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi, işgüzarlığı, iradı və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü - istefada olan mayor Bağırov Vuqar Hayqa oğlunun yanvar ayının 23- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Bağırov Vuqar Hayqa oğlunu, doğum günü münasibətilə DİN -in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, əzizləri, döyüşçü və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Vüqar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin,hər yeni illin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarına ,yaxınlarına isti münasbətdə olan mayor Bağırov Vuqar Hayqa oğlu 1966-cü ilin yanvar ayının 23- də Zəngilan rayonun Məmmədbəyli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982-ci ildə Zəngilan rayon Məmmədbəyli kənd orta məktəbi, 1989 cu ildə Ryazan Ali hərbi avtomobil mühəndis mexanika məktəbini bitrib.
O, Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, zabitlərin hazırlığı üzrə tədris mərkəzində və hərbi hissələrində kecirlən, müvafiq ixtisasartırma kurslarında, bir çox təlim- metodiki toplanışlarda, hərbi xüsusi- taktiki təlimlərdə,nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Xoş ünsiyyəti və təvazökarlığı ilə seçilən, mayor Vuqar Bağırov 1989-1991- ci illərdə Sovet Ordusunun Sankt- peterburq şəhərində yerləşən hərbi hissələrin birində taqım komandiri, bölük komandirinin texniki hissə üzrə müavini, 1991- 1992 -ci illərdə Azərbaycan Ordusunun Zəngilan rayonunda yerləşən hərbi hissələrin birndə avtomobil xidmət rəisi vəzifəsində olub.
Vüqar Bağırov 1992- 2004-ci illərdə DİN-in Daxili Qoşunların Binəqədi, Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehli texnika bölüyün komandiri, sürücülər və kicik komandirlər hazırlayan tədris bölüyün komandiri-baş müəllim, tabor komandirİ vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Hec kəsi özndən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Vuqar Bağırov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olan,Vuqar Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət dövründə digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə Daxili işlər orqanlarında və Daxili Qoşunlarda əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Bacarıqlı, təşkilatcı və qayğıkeş insan Vüqar Bağırov öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.«Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;
2.«Azbaycan Respublikasının Silahlı Qüvvələrinin» 10-iliyi yubiley medaları ilə təltif olunub.
Mayor Bağırov Vuqar Hayqa oğlu ictimai işlərdə fəriqləndiyinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin təsis etdiyi aşağıdakı xatirə medalları ilə təltif olunub:
1.“Böyük Zəfər” medalı ilə;
2.“Müharibə Veteranı”medalı ilə;
3.“ Milli Ordunun 100 illiyi (1918 -2018)” yubiley mdalı ilə;
4.“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi 1994-2019)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VUQAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder