Təbrik: Mayor Bəhram Mürvətov -64




 Yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı , dəqiqliyi, təmkinliyi, sadəliyi, səmərəli fəaliyyəti, iradı, mənəvi keyfiyyəti, eləcə də, bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyyətlər ilə  seçilən, Azərbaycan Respublikasının müharibə veteranı, SSRİ idman ustası- istefada olan mayor  Mürvətov Bəhram Şaban oğlunun  yanvar  ayinin  23- də dünyaya göz acdığı gündür.  

 Daim həyatın bütün  cətinliklərindən alnıaçıq və  üzü ağ  çıxan,   SSRİ idman   ustası, peşəkar məşqci , Azərbaycan Respublikasının müharibə veteranı  - istefada olan  mayor Mürvətov Bəhram Şaban oğlunu  doğum gün münasibəti ilə  Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarının  ehtiyatda və istefada olan   zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları     səmimi  qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Bəhram müəllim  qoy yaşının üstə gələn bu yaşda  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi   xoşbəxt edəcək şəkildə keçsin.

 İstefada olan mayor  Mürvətov Bəhram Şaban oğlu  23 yanvar 1961 -cü ildə  Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb.Ailəsi əslən    Xızı rayonundandır .

 Bəhram Mürvətov 1978 -  ci  ildə Bakı şəhərində orta məktəbi, 1982-ci ildə S.M Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitrib. O, DİN-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, eləcə də Azərbaycan Respublikasının yığma komandasının tərkibində peşəkar   güləşçi və məşqci kimi ölkəmizdə və  xarici ölkələrdə keçirilən  toplanışlarda, məşqlərdə (təlimlərdə) seminar və konfranslarda fəal iştirak etmişdir.

Mayor  Bəhram Şaban oğlu  Mürvətov  1982-1984-cü illərdə   SSRİ Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında  müddətli həqiqi hərbi xidmətdə olub.

1984-1985 -ci illərdə Daxili İşlər Nazirliyinin  Dinamo idman  məktəbində məşqci,1986-1991 -ci ildə həmin məktəbin direktoru  olmuşdur.

 1992- 1996-ci illərdə isə  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  əlahiddə idman komandasının rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir

 2001-ci -2018 ci illərdə   yunan -Roma  güləşi üzrə  yeniyetmələrin yığma  komandansının  məşqçisi, böyük  məşqçinin  köməkcisi  və baş məşqci vəzifəsində olmuşdur. Hal -hazırda Bəhrəm Mürvətov    yunan-Roma güləşi üzrə yeniyetmətlərin komandasının   məşqçisi vəzifəzində calışır.

Mürvətov Bəhram Şaban oğlu  hazırladığı və məşq etdirdiyi      bir       çox  idmançılar (F.Mansurov, R.Bayramov,B.Rəhimov) ölkə, avropa, olimpiya,  dünya çempionatlarında və beynəlxalq turnirlərdə ən yüksək nəticələr əldə etmişlər.

 Mayor Mürvətov Bəhrəm  Şaban oğlu     bir   çox Azərbaycan, SSRİ və Avropa  çempionatlarında, Beynalxaq turnirlərdə, Daxili İşlər və Müdafiə Nazirliklərinin təşkil etdiyi yarışlarda  fəal iştirak edərək  cempion olmuşdur. Bəhrəm Mürvətov  İdman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ idman ustası adına layiq görülmüş, qızıl,gümüş və  bürünc   medallarla  təltf olnub.

Bəhram Mürvətov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər  yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində , məşq etdiyi idman klublarında,  istərsə də, xidmət  etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba  arasında özünə layiq hörmət qazanmışdır.

 Mayor Bəhrəm Mürvətov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və idmancı kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur

 Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin, əmir və sərancamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində  Bəhrəm Mürvətov  öz  tabeçiliyində olanlar üçün  daimi nümunə olmuşdur.

 Qanunvericiliklə müəyyən olunmuş qayda Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların   yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, dövlət əhəmiyyətli obyektlərin,  cəzacəkmə müəsissələrin mühafizə olunmasında, qəzalar,bədbəxt hadisələr  yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə  fövqalada vəziyyət  və komendat saatı  zamanı hüquqi rejim tədbirlərin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində mayor Bəhrəm  Şaban oğlu Mürvətov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, idman sahəsində isə  yüksək göstəricilər əldə etdiyinə görə  Milli Olimpiya  komtəsinin rəhbərliyinin, Daxili işlər Naziri və onun müavinlərinin,  Daxili Qoşunlar Komandanın, Azərbaycan Güləş Federasiya prezidentin,  DİN-in  Dinamo idman cəmiyyəti sədrinin və  hərbi hissə komandirinin  müvafiq əmirləri ilə  bir  sıra medallarla,  əla xidmətlərə görə əlacı,  yubley  və idman dərəcəsi döş nişanları ilə təltif edilib, bir çox  fərmanlarla, diplomlarla və  qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan olunub.

 Azərbaycan Respubilkasının  Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində   2019-cu ilin İdman  yekunlarına  həsr olunmuş  tədbirdə idman sahəsində əldə etdiyi yüksək  göstəricilərə və xüsusi xidmətlərə  görə  Mayor Bəhram Mürvətova   yeni mənzilin orderini təqdim odib..


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  BƏHRƏM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages