Azərbaycanın əksər şəhər və rayonlarında olduğu kimi, Balakən rayonunda da şəhid ailələrinə, qazilərə, həmçinin, müharibə iştirakçılarına diqqət və qayğı göstərilir.




 Yanvarın 19-da "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qax, Zaqatala və Balakən rayonları üzrə Regional şöbəsinin sədri, müharibə veteranı Vaqif Hümbətov mənə zəng vurdu. O, bildirdi ki, "Azərbaycan bayrağı" ordenli şəhid Harun Alqayevin atası Məhəmməd, anası Kifayət xanım, həmçinin, şəhid Elməddin Şindiyevin atası Həmid bəy Balakən Mərkəzi Rayon Xəstəxanasında müalicə kursundadırlar. Vaqif müəllim qeyd etdi ki, "Balakən rayon Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru xanım Dilbər Quliyeva, baş həkim Əfzələddin Buqayev, Terapiya şöbəsinin müdiri xanım Könül Mustafayeva şəhidlərin ailə üzvlərinin müalicəsinin lazımi qaydada aparılması üçün var qüvvə ilə çalışırlar.
Biz, "Balakən rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru, xanım Dilbər Quliyevaya, baş həkim Əfzələddin Buqayev və şöbə müdiri Könül Mustafayevaya təşəkkür edirik.

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
20.01.2025.


Hiç yorum yok:

Yorum Gönder

Pages