Bakıda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb.

“Bakmiltv.info” xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Yadigar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.