Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bakmiltv.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu o deməkdir ki, Naxçıvan-Türkiyə sərhədi istisna olmaqla, ölkənin quru sərhədləri daha 3 ay bağlı qalacaq.