Teatrşünas-tənqidçi Anar Bürcəliyevin atası anım günüdür.



25 noyabr Məmməd İsmayıl oğlu Bürcəliyev  Azərbaycan teatr və kino aktyoru, xalq artisti Sədayə Mustafayevanın həyat yoldaşı, Teatrşünas-tənqidçi Anar Bürcəliyevin atası anım günüdür. 

Məmməd Bürcəliyev 1914-cü il aprel ayının25 Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olmuşdur. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M.Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülmüşdür. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradicılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş etmişdir. Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfayət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş vermişdir.
M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur. O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.
Respublikanın xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir cox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilmişdir. Həmcinin 1998-ci ildə "Günəş" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Əsl el adamı" monoqrafiyası çap edilmişdir. ANS Televiziyası vasitəsi ilə yayımlanan "Xoşbəxt bürc altında" televiziya filmi qocaman teatr və kino aktyoru, rejissor, respublikanın xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə aktyorun əziz xatirəsinə həsr olunmuşdur. Televiziya filminin ssenari müəllifi və aparıcısı teatrşünas-tənqidci Anar Bürcəliyevdir.
xalq artisti Sədayə Mustafayevanın həyat yoldaşıdır.
Teatrşünas-tənqidçi Anar Bürcəliyevin atasıdır.
Filmoqrafiya
Mən ki gözəl deyildim (film, 1968)-əsgər
Dəli Kür (film, 1969)-Allahyar
Firəngiz (film, 1975)-Sürücü
Gözlə məni (film, 1980)-Bəy
Köhnə bərə (film, 1984)-İbrahim
Qəm pəncərəsi (film, 1986)-Rəşid bəy
O dünyadan salam (film, 1992)-Hacı Baxşəli

Hiç yorum yok:

Yorum Gönder

Pages