Təbrik:Polkovnik Faiq Mustafayev - 57.



 Daxili İşlər Nazirliyinin (Din-in) Daxili QoşunlarınQoşunlarının həyatında öz dəst - xətt  olan, yüksək hərbi peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti,xeyirxahlığı,işgüzarlığı,iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 30 ildən cox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş -  polkovnik   Mustafayev Faiq Front  oğlunun   noyabr  ayının  26 -da dünyaya göz acdığı gündür. 
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı -  polkovnik Mustafayev Faiq Front  oğlunu  belə bir əlamətdar  gün münasibətilə Din-in Qoşunların  ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Faiq müəllim qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit,  vətənpərvər  və torpağına bağıı gözəl insan polkovnik Mustafayev Faiq Front oğlu  1967 -ci ilin noyabr  ayının 26-da Salyan rayonunda hərbici ailəsində anadan olub. Əslən Qazax rayonun Yuxarı Salahlı kəndindəndir.Faiqin atası Mustafayev Front  İsrafil oğlu vpeşəkar zabit olub, uzun müddət  Daxili işlər orqanların da  və Daxili Qoşunlarda xidmət edib.
 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, polkovnik Faiq Mustafayev 1982- - c ildə  Salyan rayonunda orta məktəbin 7-ci siniflini,1985-ci ildə Cəmşid  Naxcvanski adına hərbi liseyi, 1989 - cu ildə  Almata Ali  ümümqoşun  komandirlər  məktəbini, 2000-ci ildə Azərbay can Respubilkasının Silahlı Qüvvələrin Hərbi  Akademiyasını,  2002 və 2005 - ci illərdə isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin  Ankarara  (Bəytəpədə) və  Izmir  (Foce) şəhərlərində  yerləşən alı hərbi məktəblərdə (hərbi akademiyada) briqada və bölkə  komandiri vəzifələri üzrə ixtisasartırma kurslarını  bitrib.  
Faiq Mustafayev  DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən   bir çox təlim- metodiku toplanışlarda,  xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 
 Heç kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili  ilə hər kəslə doğmalıq yaradan Faiq Front oğlu Mustafayev DİN-in Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  rəhbər vəzifələrdə xidmət etdərkən  bi çox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti və işgüzarlığı ilə   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının  daimi diqqət mərkəzində olmuşdur.
   
Polkovnik Faiq Mustafayev 1989-1991- ci illərdə Sovet Ordusunun  Cəlabat və Naxçıvan Muxtar  Respubilkasının Culfa rayonlarında yerləşən hərbi hissələrin birində taqım və bölük komandiri vəzifəsində  calışmışdır.
1991-1992-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların konvoy-mühafizə alayının Salyan rayonun Xalac kəndində  ayrıca  yerləşən mühafizə bölüyün komandiri vəzifəsində  olmuşdur.
 
1992-2014-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hacqabul,Füzuli,Xətai,Zakatala rayonlarında  və Gəncə şəhərində yerləşən hərbi hissələrində hərbi hissənin qərargah rəisinin müavini,hərbi  hərbi hissə komandirinin müavinini - qərargah rəisi,    Daxili Qoşunların Bas İdarəsinin  döyüş hazırlığı  idarəsində qoşun xidməti üzrə baş zabit,nizamnamələrin və metodiki vəsaitlərin hazırlanması bölməsının rəsi,  Daxili Qoşunların  Baş İdarəsinin  Qərargahının döyüş hazırlığı şöbəsində isə baş zabit    vəzifələrində Vətənə və xalqa  sədaqətlə xidmət edib .Faiq Front oğlu  hal-hazırda Azərbaycan Respubilkasının Dövlət Miqrasiya Xidmətinin müvafiq  strukturunda idarə rəisi vəzifəsində calışır.  
       
 Azərbaycan  Vətən  Müharibəsi Veteranları İctimai Birliyinin üzvü polkovnik Faiq Mustafayev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və Dövlət  Miqrasiya xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində  və islah- əmək müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
     
 Hərbı yoldaşları Faiq  Mustafayevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Öz xidməti  (ictimai) vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının  və onun müavinlərinin, Dövlət Miqrasiya xidmət rəisinin və onun müavinlərinin, Ali hərbi məktəb,  Hərbi akademiya və Cəmşid Naxcvanski adına hərbi lisey  rəislərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrin, Daxili Qoşunların  Baş İdarəsinin döyüş hazırlığı idarə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə   əlacı, yubiley və idman dərəcəsi  döş nişanları ilə təltif edlib, bir çox  fərmanlarla,diplomlarla,qiymətli hediyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:
Q
1.”SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)”yubiley  medalı ilə;

2."Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı" medalı ilə;
 3."Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;

4."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;

5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə;

6."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;

7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal   ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

8.”Qüsursuz xidmətə  görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

9.”Böyük Zəfər” medal ilə;

10.”Azərbaycan Respublikasının Müharibə Veteranı” medalı ilə;

11.”Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994- 2019)” yubiley medalı ilə;

12.”Azərbaycan Respublikasının Milli ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
    
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  FAİQ!

 BÜTÜN ARZULARIN CİN OLSUN!
 
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.

Hiç yorum yok:

Yorum Gönder

Pages