Ömrünün bir hissəsini SSRİ Daxili İşlər orqanlarında, Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Azərbaycan Hərbi Hava Qüvvələrinidə polis və hərbi xidmətə həsr etmiş, yüksək peşəkarlığı, dərin zəkası, zəhmətkeşliyi, gözəl nitq qabiliyyəti, xeyirxahlığı, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan mayor Qəniyev Əzim Kazım oğlunun noyabr ayının 18 -də 68 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan mayor Qəniyev Əzim Kazım oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Əzim müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcrübəli hüquqşünas və qayğıkeş insan kimi göstərən- istifada olan mayor Qəniyev Əzim Kazım oğlu 1956-ci ilin noyabr ayının 18- də Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Əzim Kazım oğlu Qəniyev 1974-cü ildə Sumqayıt şəhər 6 nömrəli orta məktəbi,1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Belarusiya Sovet Sosialist Respublikasında yerləşən ali milis məktəbini bitirib.
1975-1977- ci illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Əzim Qəniyev SSRİ Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra 1991-ci illə kimi SSRİ Daxili İşlər Nazirliyinin Latviya Sovet Sosialist Respublikasınıda yerləşən polis şöbələrinin birində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrinidə çalışıb.
1992-2000-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin hüquqi işlər üzrə köməkçisi, Daxili Qoşunların Baş İdarəsinin hüquq şöbəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Əzim Qəniyev Daxil Qoşunlardan Sillahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2022 -cı ilə kimi əmək müqaviləsi əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Hacı Zeynalabdin Tağıyev (Nasosunu) qəsəbəsində yerləşən hərbi hissələrin birində calışıb.
Mayor Əzim Qəniyev DİN-in Daxil Qoşunlarda xidmət etdiyi,MN-in Hərbi Hava Qüvvələrində isə çalışdığı illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericliklə müəyyən edilmiş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına və Azərbaycan Hərbi Hava Qüvvələrinə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında,dövlətətin ərazi bütövlüyünün təmin edilməsində,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və polis yoldaşları Əzim Qəniyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,Azərbaycan Respublikasının Din-in Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, SSRİ milis ali məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra medallarla, əlacı və yubiley döş nişanları ilə təltif olnub, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏZİM MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder