Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.

"Bakmiltv.info"nun Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.

Faktla bağlı araşdırma aparılır.