Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı.
2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanır, hətta komandiri, atası Balaş kişiylə görüşüb, ona təşəkkürünü bildirmək istəyib ki, - "belə övlad tərbiyə edən ataya minnətdarlıq bildirmək istəyirəm".
2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan tərxis olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. Bu müharibədə qəhrəmancasına iştirak edən Əbülhəsən, döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub evinə qayıdır.
2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbülhəsən Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur.
Eyvazov Əbülhəsən Balaş oğlu Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə, ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu
Hiç yorum yok:
Yorum Gönder