Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Ağdam , Ağdərə, Binəqədi, Nərimanov və Qazax rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrdə və ayrıca yerləşən əlahiddə bölmələrdə müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət etmiş,1958-ci ildə Gədəbəy rayonunda zəhmətkeş bir ailədə anadan olmuş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü- istefda olan kapitan Arif Baxşəli oğlu Qafarovun oğlu (telefon 050-484-58-02) Vüsalın 3 və 7 mərasimi oktyabr ayının 27-də, saat 11.00 dan saat 16.00 kimi Bakı şəhəri Sabunçu rayonu Şuşa yeni Ramanı yolu 1/8 ünvanda yerləşən “Halal” mərasim evində keçiriləcək. Bu barədə onun ailə üzvləri bildiriblər.
Qeyd edək ki,Arif Qafarovun oğlu Vüsal oktyabr ayının 21-də Bakı şəhəri Sabunçu rayonunda dünyasını dəyişib və Sabunçu rayon Ramanı qəsəbəsində
torpağa tapşırılıb.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
0 Yorumlar