Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan polkovnik leytenat Ceyhun Vəliyevin sentyabr ayının 3- də dünya göz açdığı gündür .
Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan, polkovnik leytenant Ceyhun Vəliyevi belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri ,doğmaları,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Ceyhun qoy yaşının üstə gələn bu yaş da səzə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant Vəliyev Ceyhun Tofiq oğlu 1965-ci ilin sentyabr ayının 3-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1972 -ci ildə Abşeron rayonun Georgiy Dmitrov adına orta məktəbin birinci sinfinə getmiş, 1982- ci ildə həmin məktəbi bitirmişdir.
Ceyhun Vəliyev 1982- ci ılin ıyun ayından 1983- cü ilin iyun ayına kimi Xırdalanda Bakı Quşçuluq fabrikində fəhlə işləmişdir. O, 1983-cü ildə SSRİ Müdafiə Nazirliyinin Kamişin ali hərbi inşaat komandirlər məktəbinə daxil olmuş, 1987- ci ildə həmin ali hərbi məktəbi bitirmişdir.
polkovnik leytenant Ceyhun Vəliyev 1987-ci ılin ıyul ayından - 1993-cü ilin fevral ayina kimi SSRİ və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Krım və Bakı şəhərlərində yerləşən inşaat hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri vəzifələrində çalışmışdır.
1993-cü ilin mart ayından 2010- cu ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Nərimanov, Zaqatala, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə ( DQBİ-NİN Məkəzləşdirilmiş anbarında) döyüş hazırlığı bölmə rəisinin müavini, xidmət rəisi, hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə) üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin geyim xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Mənzil istismar xidmətində texniki yangından mühafizə üzrə müvəkkil, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında inspektor və baş inspektor vəzifələrində xidmət etmişdir.
Vəliyev Ceyhun Tofiq oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin Maddi texniki təminat xidmətləri və Daxili Qoşunların Baş İdarəsinin İnispeksiyası haqqında əsasnamələrin, təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant Vəliyev Ceyhun Tofiq oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsininə və xidmət etdiyi hərbi hissəyə, xidmətə statusula həvələ edilmis vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai əsayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi ixtışaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Ceyhun Vəliyev Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular ilə komandir hazırlığı üzrə, hərbi hissə komandirlərin arxa xidmət üzrə müavinləri ilə, hərbi hissələrin geyim və mənzil istismar xidmət rəisləri ilə planlaşdırlmış məşğələlərin, taktiki və nümnəvi göstərici təlimlərin keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Ceyhun Vəliyev Daxili Qoşunların Baş İdarəsinin İnispeksiysında inspektor və baş inispektor vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnspeksiya (yekun, təlim, ümümü,qəflətən) yoxlamaların obyektiv , aparılması ,düzgün qiymətləndirilməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda Agdam və Füzuli rayonları istiqamətində gedən döyüş və xüsusi əməliyyatlar zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Vəliyev Ceyhun Tofiq oğlu peşəkarlığı ilə, praktiki və nəzəri biliyi ilə, mənəvi və işgüzar keyfiyyətilə, humanistliyi ilə secilən ən məhsuldar dövrünün 27 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmişdir.
Ehtiyyatda olan polkovnik leytenant Ceyhun Vəliyev Xidmətdə fəriqləndiyinə görə O,SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirin və onun müavinlərinin , Daxili Qoşunların Komandanin və onun müavinlərinin, təhsil aldıgı ali hərbi məktəb rəisinin, Daxili Qoşunların Baş idarəsinin İnspeksiya rəisinin, hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında bir çox medallarla, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
CEYHUN !
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
Hiç yorum yok:
Yorum Gönder