“Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin Nizami rayon şöbəsində energetika sahəsində yüksək peşəkarlığı, humanistliyi,dərin zəkası, vətənpərvərliyi, xeyirxahlığı, sadəliyi, insanpərvərliyi,təmkinliyi, dəqiqliyi,işgüzarlığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü energetika sahəsində keçirən, yüksək dərəcəli mühəndis Orucov Məhəmməd Kamil oğlunun sentyabr ayının 3 - də dünya göz açdığı gündür
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Orucov Məhəmməd Kamil oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranları,doğmaları, yaxınlarıvə iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Məhəmməd qoy hər yeni yaşınız sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Orucov Məhəmməd Kamil oğlu 1976 -cü ilin sentyabr ayının 3 -də Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kəndində zəhmətkeş bir ailədə
anadan olub.
1992 -ci ildə Ağdam rayonun Maqsudlu kənd orta məktəbi bitrib.”Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin tədris mərkəzində müvafiq ixtisasartırma kurslarında fəal iştirak edib.
1995- 1997-ci illərdə həqiqi hərbi xidmətdə olub.
İş yoldaşları və müharibə veteran dostları Məhəmməd Orucovun vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş insan kimi dəyərləndirirlər.Məhəmməd istər təhsil aldıgı orta təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazan insan kimi tanınır.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MƏHƏMMƏD.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbagcan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini,Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev
Hiç yorum yok:
Yorum Gönder