İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun dögum günüdür. Belə insanlardan biridə peşəkarlığı, humanistliyi,vətənpəvərliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, müharibə veteranı istefada- olan Kapitan Əliyev Nazir Çümşüd oğludur.Sentyabr ayının 2- də onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada- olan kapitan Əliyev Nazir Çümşüd oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Nazir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Əliyev Nazir Çümşüd oğlu 1958 - ci ilin sentyabr ayının 2- də Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kəndində zəhmətkeş bir ailədə anadan olub.
1973 - cü ildə Ağdam rayonunun Xındırıstan kənd orta məktəbin 8 (səkkizinci) sinfini, 1975 -ci ildə Bakı şəhərində Yüngül Sənaye Texnikomunu , 2002 - ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978 - ci illərdə Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1978- 1990 -cı illərdə Azərbaycan Respublikası Balıqçılıq Sənayi İdarəsində operator- matros, Yevlax şəhər Təmir- Tikinti İdarəsində iş icracısı işləyib.
1990 -ci ildə Ağdam rayonunda yaradılan özünü müdafiə taborunda (dəstəsində) 1991 - ci ilin dekabr ayının sona kimi taqım komandiri vəzifəsində olub.
1992- 2003 - cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində, Ağdam, Füzuli və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini və böluk komandiri vəzifələrində Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Hərbi yoldaşları Nazir Əliyevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Qanunvericliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların,bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa fövqəladə hallar (hərbi vəziyyət) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Nazir Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti,ictimai vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə " 3 dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Müharibə Veteranı” medalı ilə;
4.“Qarabağ uğurunda” medal ilə;
5. “Böyük Zəfər” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NAZİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder