Təbrik: Kapitan Adil Babayev- 62



    Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəsti-xətti olan, peşəkarlığı, gözəl nitq qabiliyyəti,səmimiyyəti, sadəliyi, dəqiqliyi, təmkinliyi,işgüzarlığı, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respublikasının  Müharibə Veteranı- istefada olan kaptan Babayev Adlı Salam  oğlunun  oktyabr ayının 1-də dünyaya göz acdığı gündür.

    Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin üzvü- istefada olan kaptan Adil Babayevi 1 oktyabr  doğum günü  münasibətilə Daxili Qoşunların ehtiyatda və istefad olan zabitləri, doğmaları,  yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Adil qoy yaşnızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   Kaptan  Bab Adil Salam oğlu 1962 – ci ilin oktyabr rayının 1 -də  Bərdə rayonunda   zəhmətkeş bir ailədə anadan olub. 

   1979-cu ildə Bərdə rayonun Qaradəmirci  kənd orta məktəbini,1989 -ci ildə iGəncə Yüngül  Sənaye İnstitutunu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

   1981- 1983 -cü illərdə SSRİ Sil Qüvvələrinin Amur  Vilayətində (Xabarovski və Primorski  diyarlarında) yerləşən hərbi  hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub.

   1992- 1998 -ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Ağdam  və Füzuli rayonlarında və yerləşən hərbi hissələrində taqım  komandiri, bölük komandirinin  müavini  və bölük komandiri əvəzi vəzifələrində  Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Kapitan Adil Babayev ailə vəziyyətinə görə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra Bərdə şəhər məktəblərin birində hərbi rəhbər vəzifəsində çalışır.

 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və  Füzuli rayonları  istiqamətində) gedən döyüşlərdə Adil Babayev fəal  iştirak edib və yaralanıb.

Adil  Xanlar oğlu Babayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və  digər təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox ox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və taşırıqların  yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində   və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa hərbi və fövqəladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

  Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları təltif edilib, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində isə üzv olduğu illər ərzində xidməti və ictimai vəzifə borclarını yerinə yetirərkən  fəriqləndiyinə və digər xidmətlərə görə  bir sıra medallarla təltif edilib.



 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ADİL!
 BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə    Veteranı polkovnik Salman Calal oğlu Musayev

     

Hiç yorum yok:

Yorum Gönder

Pages