1 oktyabr Gənc Tamaşaçılar Teatrının aktrisası, Qızıl dərviş mükafatı laureatı, Əməkdar artist Almaz Mustafayevanın ad günüdür.




Almaz Əhməd qızı Mustafayeva  Ağdamda anadan olub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik “kinoaktyorluq” kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Səhnəmizin yeganə travestidir. Teatr bioqrafiyasında oğlan rolları əksəriyyət təşkil edib. 24 yaşında “Mənim mehriban balam” tamaşasında 6 yaşlı oğlan uşağını oynayıb. “Bənövşə” uşaq xor kollektivinin üzvü, “Cücələrim” ansamblının solisti olub. Televiziyada ”Tonqal”, “Gecəniz xeyrə qalsın, balalar”, “Qaranquş” kimi uşaq verilişlərində çıxış edib. “Qızıl Dərviş” mükafatı laureatı (1997), Əməkdar artistdir (2013).
Aktrisa Almaz Mustafayeva rəssam Vaqif Mustafayevin həyat yoldaşıdır.
Aktrisa Almaz Mustafayeva rəssam Mustafa Mustafayevin anasıdır.
Aktrisa Almaz Mustafayeva teatr rejissoru Tural Mustafayevin anasıdır.

Filmoqrafiya:
Sehrli xalat (1964, tammetrajlı bədii film) – aktrisa (Səkinə)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktrisa, rejissor köməkçisi
Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktrisa (Dilbərin rəfiqəsi)
Şir evdən getdi (1977, tammetrajlı bədii film) – aktrisa (meymun)
Toplan və kölgəsi (1977, animasiya filmi) – filmi səsləndirən (Toplan)
Cavanşir (2002, animasiya filmi) – filmi səsləndirən (Cavanşir)
Ovsunçu (2002, tammetrajlı bədii film) – filmi səsləndirən (Rövşən-Murad Cəfərov)
Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – filmi səsləndirən
Ayna (II) (2006, animasiya filmi) – filmi səsləndirən
Cırtdan və Təpəgöz (2012, animasiya filmi) – filmi səsləndirən
3 bacı (2012-2014, bədii serial) – aktrisa (Kübra)
5+ (2014-2015, bədii serial) – aktrisa

Hiç yorum yok:

Yorum Gönder

Pages